Dırnaq yeməyin zərərləri nələrdir?
22 avqust 2023 09:47 (UTC +04:00)

Dırnaq yeməyin zərərləri nələrdir?

Araşdırmalar göstərir ki, dünya əhalisinin 30 faizinin dırnaq yemə vərdişi var. Təəssüf ki, dırnaq dişləməyin xeyrindən çox zərəri var. 

Lent.az-ın xarici mətbuata istinadən xəbər verir ki, bu vərdiş dişlərə zərər verir.

Dişləriniz dırnaqlarınızdan çox daha sərt olsa da, dırnaqları dişləmək dişlərinizə və hətta diş ətlərinizə qalıcı zərər verə bilər. Bu vərdiş dişlərinizin qırılmasına və çatlamasına səbəb olur. Əllərinizi tez-tez yusanız da, dırnaqlarınızdakı bütün mikrobları və kirləri təmizləmək demək olar ki, mümkün deyil. Bu, dırnaqlarınızın altında gizlənmiş bakteriyaların dişlədikdə ağzınıza daha asan çata bilməsi deməkdir. Bu bakteriyalar ağızda qala, çoxalaraq diş əti xəstəliyinə və ağız qoxusuna səbəb ola bilər.

Dırnaqları dişləyən insanlarda baş ağrısı və ya istəmədən dişləri gıcırdatmaq, sıxmaq kimi hallar arta bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5730
avatar

Arzu Qurbanlı

Oxşar yazılar