DİQQƏT!  Səhər yeməyində bu 3 qidadan uzaq durun
29 avqust 2023 09:09 (UTC +04:00)

DİQQƏT! Səhər yeməyində bu 3 qidadan uzaq durun

Stomatoloq Abel Əzizi səhər yeməyi üçün tövsiyə edilməyən üç qidanı açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, stomotoloqun fikrincə, bu qidalar ciddi problemlər yarada bilərlər.

Qəhvə

Demək olar ki, insanların bir çoxu səhər yeməyində qəhvə içir. Lakin qəhvə istehlakı dişlərin saralmasına səbəb olur. Bu içki diş minasının məhvinə səbəb olur.

Xəmir məmulatları

Bu cür qidalar yüksək şəkər tərkibi ilə xarakterizə olunur. Bu da potensial olaraq dişlərin çürüməsinə səbəb ola bilər. Ağızda zərərli bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. 

Sitrus meyvələr

Portağal, limon və ya qreypfrutdan istifadə diş minasını zəiflədir. Bu səbəbdən dişlər eroziyaya və diş çürüməsinə qarşı daha həssas olur. Ağız sağlamlığını qorumaq üçün daha az turşulu səhər yeməyi seçimlərinə diqqət yetirmək yaxşıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4233
avatar

Arzu Qurbanlı

Oxşar yazılar