Alimlər dondurulmuş meyvə və tərəvəzlərin faydalarını açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, dondurulmuş meyvə-tərəvəzlərdə təzə məhsuldan daha çox vitamin və mineral ola bilər. Şimali Karolina Dövlət Universitetinin Fitosanitar İnstitutunun alimlər qrupu araşdırma aparıb və belə nəticəyə gəlib ki, dondurulması nəzərdə tutulan meyvə-tərəvəzlər ümumiyyətlə maksimum yetişmə zamanı yığılır.
Hazırda həmin qidaların tərkibində yüksək miqdarda vitamin və minerallar var ki, bu da onları daha qidalı və faydalı edir.
Tədqiqatçılar bildirirlər ki, yetişmənin zirvəsində sonradan dondurulmaq üçün yığılan meyvələr bazardakı meyvələrdən 10%-dən 50%-ə qədər daha çox qida ehtiva edə bilər.