Mütəxəssislər dişlərə zərər verən, immunitet sisteminizi zəiflədən və kökəlməyə səbəb olan qidaları açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu məhsullar qida rasionundan tamamilə çıxarılmalıdır.
Pendir bir çox insan tərəfindən səhər yeməyi və ya qəlyanaltı kimi yeyilir. Bununla belə, bu məhsul çoxlu yağ ehtiva edir və yüksək kalorilidir. Buna görə də, artıq çəkisi olan insanların bu məhsulu istehlak etməsi məsləhətli deyil. Tərkibində müxtəlif qida əlavələri və çoxlu miqdarda natrium birləşmələri olduğuna görə, allergiya xəstələri, qan damarları yaxud təzyiq problemi olanlar tərəfindən ehtiyatla istifadə edilməlidir.
Şəkərli qazlı içkilər orqanizmə heç bir fayda vermir. Qazlı içkilərin çox istifadəsi ilə kalsium bədəndən o qədər tez yuyulur ki, hətta osteoporoza səbəb ola bilər. Həmçinin şəkərli içkilərin istifadəsi dişlərə, xüsusən də uşaqlara pis təsir edir və kalorisi çox yüksəkdir.
Hazır səhər yeməyinin kalorisi çox yüksəkdir, lakin qida maddələri azdır. Belə məhsulların əsas çatışmazlıqları kifayət qədər miqdarda lif, mineral və vitaminlərin olmamasıdır.