Diqqət: Bu əlamət ağciyər xərçənginin əlaməti  ola bilər
09 fevral 2026 04:54 (UTC +04:00)

Diqqət: Bu əlamət ağciyər xərçənginin əlaməti ola bilər

0

Alimlər bildiriblər ki, əllərdə barmaqların formasının dəyişməsi ağciyər xərçənginin az bilinən əlaməti ola bilər.

Lent.az xəbər verir ki, bu barədə “The Mirror” qəzetinin mövzu ilə bağlı dərc etdiyi məqalədə deyilir.

Məlumata görə, həkimlər xəstəliyi erkən mərhələdə aşkar etməyə kömək edə bilən sadə bir test tövsiyə edir: hər iki əlin barmaq dırnaqlarını bir-birinə söykəyərək tutmaq.

Normalda barmaqlar arasında romb formasında kiçik boşluq yaranmalıdır. Əgər bu boşluq yoxdursa, bu, barmaq uclarının qalınlaşmasına işarə edə bilər.

Qəzet qeyd edir ki, bu əlamət xırda olmayan hüceyrəli ağciyər xərçəngi olan xəstələrin təxminən 35%-də, xırda hüceyrəli növdə isə 4%-də müşahidə olunur.

Mütəxəssislər vurğulayır ki, testin müsbət nəticəsi xərçəngin mütləq göstəricisi deyil, lakin barmaqların formasında dəyişiklik olduqda həkimə müraciət etmək tövsiyə olunur.

Ağciyər xərçənginin digər əlamətləri arasında davamlı öskürək, nəfəs darlığı, yorğunluq, çəki itkisi və nəfəs alarkən ağrı da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar