Dərinin yaşlanması bir çox hallarda üz baxımında edilən səhvlər nəticəsində meydana gəlir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qadınlar dəriyə qulluq zamanı gündəlik olaraq 7 səhvə yol verir.
1. Peeling edilmir
Yaşlandıqca dəri hüceyrələrimizin yenilənməsi ləngiyir. Peeling ölü dəri hüceyrələrini çıxarmağa və dərini hamar etməyə kömək edir.
2. Üzünüzü isti su ilə yumaq
İsti su dərinin qıcıqlanmasına səbəb ola bilər. Təmizləmək üçün soyuq sudan istifadə edin.
3. Günəş kremindən istifadə etməmək
Günəşdən qoruyucu vasitələrə laqeyd yanaşmaq dərini ultrabənövşəyi şüalara qarşı həssas edir, qırışlara, incə xəttlərə və hiperpiqmentasiyaya səbəb olur.
4. Qarın üstə yatmaq
Qarın və ya yan üstə yatmaq dəriniz üzərində təzyiq yarada bilər və qırışlara səbəb ola bilər. Arxa üstə yatmağa çalışın.
5. Göz makiyajının yanlış təmizlənməsi
Göz makiyajını sərt şəkildə silsəniz, göz ətrafındakı incə dəriyə zərər verə bilərsiniz. Bir pambıq çubuğa misel suyu tətbiq edin. Göz layneri və tuşu yumşaq bir şəkildə çıxarmağa çalışın.
6. Siqaret çəkmək
Siqaret dəridəki kollageni zədələyərək dərinin qocalmasını sürətləndirir.
7. Həddindən artıq şəkər qəbul etmək
Həddindən artıq şəkər istehlak etmək erkən yaşlanmaya səbəb ola bilər.