Depressiya və artan narahatlıq xərçəngə səbəb olur?
29 avqust 2023 14:18 (UTC +04:00)

Depressiya və artan narahatlıq xərçəngə səbəb olur?

Mütəxəssislər depressiya və artan narahatlıqla bağlı yanlış fikirləri açıqlayıb.

Lent.az xarici mətbuata istinasən xəbər verir ki, araşdırmalara görə, depressiya və artan narahatlıq səviyyəsinin xərçənglə əlaqəli olmadığı məlum olub.

Bir qrup mütəxəssis xərçəng, depressiya və narahatlıq arasında əlaqəni araşdıran bir neçə tədqiqatı nəzərdən keçiriblər. Alimlər depressiya, narahatlıq və müxtəlif xərçəng növlərinin heç bir şəkildə əlaqəli olmadığı qənaətinə gəliblər.

Qeyd edək ki, tədqiqat zamanı tədqiqatçılar depressiyadan əziyyət çəkən insanlarda ağciyər xərçənginə tutulma riskinin 6% artdığını və narahatlıq səviyyəsinin yüksəldiyini qeyd ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1944
avatar

Arzu Qurbanlı

Oxşar yazılar