Çox işləyən insanlar  insult   ola bilər - XƏBƏRDARLIQ
06 noyabr 2023 11:21 (UTC +04:00)

Çox işləyən insanlar insult ola bilər - XƏBƏRDARLIQ

Alimlər insult riskini 45% artıran amilləri açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, 50 yaşdan aşağı insanlar xüsusilə risk altındadır.

Hackensack Universitetinin tədqiqatçıları tərəfindən aparılan bir araşdırma, on il və ya daha çox uzun saatlarla işləməyin insult ehtimalını 45% artıra biləcəyini göstərib.

İnsult hər yaşda baş verə bilər, lakin yüksək xolesterin, hipertoniya, diabet və piylənmə kimi bəzi risk faktorları xəstəliyin riskini artıra bilər. Tədqiqata görə, iş vaxtından artıq işləmək insult riskini 29%, on və ya daha çox il ərzində işləmək isə 45% artırır. Uzun iş saatları xüsusilə 50 yaşdan aşağı insanlar üçün çox təhlükəlidir.

Alimlər izah edirlər ki, stress ürəyin daha çox işləməsinə, qan təzyiqinin artmasına səbəb ola bilər. Bu da beyin bölgəsində qan dövranının pozulmasına və sinir hüceyrələrinin ölümünə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2970
avatar

Arzu Qurbanlı

Oxşar yazılar