Dietoloq Marina Sorokina çobanyastığı çayının faydalarını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dietoloqun fikrincə, qara və ya yaşıl çaydansa dərman bitkilərinin qurudulmuş yarpaqları və çiçəkləri əsasında hazırlanmış həlimlərə üstünlük vermək lazımdır.
Onun sözlərinə görə, çobanyastığı çayını hər gün içmək məsləhətlidir:
“Çünki bu çayın tərkibində ürək və damarlar üçün zərərli olan kofein də yoxdur. Bundan əlavə, çobanyastığı çayının bir çox sağlamlıq faydası var. Xüsusilə, ürək-damar patologiyalarının inkişaf ehtimalını azaldır, xəstəliklərdən sağalmanı sürətləndirir, iltihabı azaltmağa kömək edir, immunitet sistemini gücləndirir, xərçəng riskini azaldır, sümükləri gücləndirir, yuxunu yaxşılaşdırır və normallaşdırır”.