Mütəxəssislər xolesterini aşağı salan yağı açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, pambıq toxumu yağı pis xolesterinin səviyyəsini cəmi beş gün ərzində azaldır.
Araşdırmalara görə, pambıq yağı aşağı sıxlıqlı lipoproteinlərin (pis xolesterin) səviyyəsini 15%, ümumi xolesterini 8%, trigliseridlərin səviyyəsini isə 30% azaldır.
Tədqiqat müəllifləri iddia edirlər ki, pambıq toxumu yağının tərkibində dihidrosterkulat turşusu var ki, bu turşu orqanizmi trigliseridlərin yığılmasından qoruyur və bununla da ürək xəstəlikləri riskinin qarşısını alır.
Pambıq toxumu yağının tərkibində B, E, PP vitaminləri, monodoymamış və doymuş yağ turşuları, həmçinin tokoferollar da var. Bu unikal kompozisiya məhsulu çox sağlam edir. Yağ həm də antiinflamatuar və antihistamin təsirlərə malikdir, immunitet sisteminə faydalı təsir göstərir.