Bu vərdişlər sizi  ürək xəstəliklərindən   qoruyacaq
06 oktyabr 2023 12:31 (UTC +04:00)

Bu vərdişlər sizi ürək xəstəliklərindən qoruyacaq

Mütəxəssislər ürək xəstəliklərindən qoruyan sadə vərdişləri açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin fikrincə, pilləkənlərlə qalxmaq və ya döşəməni silmək kimi sadə hərəkətlər ürəyin fəaliyyətinə müsbət təsir göstərə bilər. 

Araşdırmalara görə, 10 dəqiqədən az davam edən qısa fiziki fəaliyyətlər 8 il ərzində infarkt, insult və hətta ölüm ehtimalının əhəmiyyətli dərəcədə azaldır. Hər gün ən azı bir-üç dəqiqəlik fiziki fəaliyyətlə məşğul olsanız, ürək xəstəliyi riskiniz 29, ölüm riskiniz isə 44 faiz azalacaq.

Tədqiqatçılar müəyyən ediblər ki, fiziki fəaliyyət qısa olsa da və gündəlik şəraitdə həyata keçirilsə də, sağlamlıq üçün faydalı ola bilər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3120
avatar

Arzu Qurbanlı

Oxşar yazılar