Bu üç vərdiş dərinizin qurumasına səbəb olur
26 oktyabr 2023 09:56 (UTC +04:00)

Bu üç vərdiş dərinizin qurumasına səbəb olur

Dermatoloq Diane Medfes quru dəriyə səbəb olan üç vərdişin adını açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, üzdəki quru dəri əhvalımıza çox təsir edə bilər.

Onun sözlərinə görə, quru dəriyə makiyaj tətbiq etmək çətindir:

“Bunun əsas səbəblərindən biri də salisilik turşu və C vitamini kimi aktiv maddələrin həddindən artıq istifadəsidir. Yadda saxlamaq lazımdır ki, bu maddələr dəri üçün faydalı olsa da, onlar ölçülü şəkildə istifadə edilməlidir. Həddindən artıq olması dəri baryerinin vəziyyətinə mənfi təsir göstərə bilər. Nəzarətsiz üz pilinqi dərini zədələyə və onun nəm saxlamaq qabiliyyətini azalda bilər. Bundan əlavə makiyaj tamamilə silinməzsə, tıxanmış məsamələrə və sızanaqlara səbəb ola bilər. Dəri tipinizin xüsusiyyətlərini nəzərə alaraq dəriyə qulluq məsələsinə diqqətlə yanaşmaq vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946
avatar

Arzu Qurbanlı

Oxşar yazılar