Mütəxəssislər qan şəkərinin səviyyəsini bir neçə dəqiqə ərzində aşağı salan tərəvəzi açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, kərəviz qan şəkərinin səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına kömək edir.
Tədqiqat zamanı alimlər prediabet diaqnozu qoyulmuş 60 yaşdan yuxarı insanlarda kərəviz yarpağı ekstraktının qan şəkərinin səviyyəsinə təsirini təhlil ediblər. Məlum olub ki, kərəviz yarpaqlarının ekstraktı qan şəkərinin səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına kömək edir.
Bundan əlavə, kərəviz antioksidant və fitonutrient tərkibi ilə ürək sağlamlığını dəstəkləyir. Kərəviz tərkibindəki yüksək vitamin, xüsusilə C vitamini və K vitamini sayəsində immunitet sistemini də gücləndirir.
Kərəviz mədə-bağırsaq traktının işini normallaşdırmağa kömək edir, peristaltikanı yaxşılaşdırmağa da kömək edir.