Alimlər hansı insanların yuxuda ölmək riski altında olduğunu açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, əgər sizin xüsusi bir tibbi probleminiz yoxdursa, yuxuda ölmə ehtimalınız nisbətən aşağıdır.
Adətən yuxuda ölüm insan orqanizminin üç əsas orqanı ilə - ürək, ağciyərlər və beyin əlaqələndirilir. Yuxu zamanı insan bu orqanlarla bağlı problemlər barədə siqnallara daha az reaksiya verir. Məsələn, bir insan oyaq ikən qısamüddətli ürək dayanması yaşayarsa, çox güman ki, bunu fərq edər və kömək çağırar. Yuxu zamanı belə simptomlar diqqətdən kənarda qala bilər.
Bu riski azaltmaq üçün sağlamlığınıza nəzarət etmək, məşq etmək və kifayət qədər yuxu almaq tövsiyə olunur.