Bəzi qidalar həddindən artıq miqdarda istehlak edildikdə insanı zəhərləyə və ya hətta öldürə bilər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həmin qidaların daha çox qəbul edilməsi həmçinin ishal kimi xəstəliklərin yaranmasına səbəb ola bilər.
1. Ərik
Ərik həddindən artıq istehlak edildikdə ishala səbəb olur və böyrəklərdəki yükü artırır. Allergik reaksiyalara da səbəb ola bilər.
2. Banan
Kaliumla son dərəcə zəngin olan bananın həddindən artıq istehlakı ürəyə zərər verə bilər və əzələ zəifliyinə səbəb ola bilər.
3. Qəhvə
Gündə 3 stəkandan çox qəhvə içmək məhsuldarlığa mənfi təsir göstərə bilər. 5 stəkandan çox qəhvə istehlakı osteoporoza səbəb olur.
4. Duz
Həddindən artıq duz istehlakı qan təzyiqinə təsir göstərir. Orqanizmdə artıq su saxlamağa, ürək çatışmazlığına və böyrək xəstəliklərinə səbəb olur.
5. Şokolad
Şokolad həddindən artıq istehlak edildikdə böyrəklərə, beyin funksiyalarına və ürəyə zərər verir.
6. Su
Çox su içmək böyrəklərin həddindən artıq işləməsinə səbəb olur. Bədənin ehtiyac duyduğu natrium və kalium kimi bir çox mineralın tarazlığını pozur.