Dietoloq İqor Strokov qocalma əleyhinə olan qidaları açıqlayıb.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dietoloq bildirir ki, karotenoidlərlə zəngin qidalar yemək qırışları hamarlaya, kollagen istehsalını artıra və dərini hüceyrə səviyyəsində qoruya bilər.
Onun sözlərinə görə, daha çox tərəvəz yeyənlərin qırışları daha az olur:
“Bir araşdırma göstərib ki, gündə təxminən 250 qram rəngarəng tərəvəz yemək gənc görünməyin açarıdır. Tərkibində karotenoidlər olan tərəvəzlər dərinin cavanlaşmasından məsuldur. Bu bitki birləşmələri yerkökü, manqo və pomidorlara parlaq qırmızı, həmçinin narıncı rənglər verir. Bu maddələr dərinizi hüceyrə səviyyəsində qoruya bilən yüksək təsirli antioksidantlardır. Dərinizdə kollagen və nəm səviyyəsini artırır".