Kardioloq Elizabet Klodas ürəyin tez sağalmasına kömək edən qidaları açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kardioloqun fikrincə, bu məhsulların tərkibində çoxlu vitaminlər və qidalar var.
Onun sözlərinə görə, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün fiziki fəaliyyətlə məşğul olmaq, stressi minimuma endirmək lazımdır:
“Ürəyi və bütövlükdə bədəni tez bir zamanda sağaltmağa kömək edəcək qidalar var. Bu məhsullara qoz-fındıq və toxum daxildir. Bu qidaların tərkibində ürək-damar sisteminin sağlamlığını qorumaq üçün lazım olan çoxlu vitamin və minerallar, xüsusən də doymamış omeqa-3 yağ turşuları var. Onlar antiinflamatuar xüsusiyyətlərə malikdir, qan təzyiqini aşağı salır və qan laxtalanmasının qarşısını alır.
İkinci qrupa daxil olan qidalar meyvələrdir. Meyvə bədən üçün lazım olan antioksidantlarla zəngindir, xüsusən də ürək xəstəliklərinin inkişaf riskini azaldır və həmçinin immunitet sistemini gücləndirir. Bundan əlavə göyərti istehlakı çox önəmlidir. Göyərti diabet və piylənmə riskini azaltmağa kömək edir.