Bu qidalar ürək sağlamlığına pis təsir edir
21 avqust 2023 15:21 (UTC +04:00)

Bu qidalar ürək sağlamlığına pis təsir edir

Həkimlər ürək sağlamlığına pis təsir edən qidaları açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, qaraciyər bu qidalardan biri hesab olunur. Qaraciyərdə çoxlu miqdarda doymuş və trans yağlar var ki, bu da ürəyə zərər verə bilər və osteoporozun inkişafına kömək edir. Kolbasa, sosiska kimi işlənmiş ət məhsulları da ürək üçün təhlükəli sayılır. Bütün bu qidalar yüksək qan təzyiqinə və bədəndə xolesterol səviyyəsini artıran doymuş yağlara səbəb ola bilən natriumda yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, emal edilmiş ət məhsulları kanserogen kimi təsnif edilir.

Qida rasionunuzdan marqarini də çıxartmaq tövsiyə olunur. Bu, marqarinin tərkibində doymuş yağların və digər zərərli komponentlərin çox olması ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1617
avatar

Arzu Qurbanlı

Oxşar yazılar