Bu qidalar stressi azaltmağa  kömək edir
11 oktyabr 2023 15:53 (UTC +04:00)

Bu qidalar stressi azaltmağa kömək edir

Bəzi qidalarda bağırsaq funksiyasını yaxşılaşdıran stressi və iltihabı azaldan qida maddələri var. Bu qidaları pəhrizinizə əlavə etmək sağlamlığınıza müsbət təsir göstərə bilər. Alimlər stresslə mübarizə aparan qidaları açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu növ qidaların ən yaxşı nümunələrindən biri sağlam omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalıqdır. Tədqiqatlar göstərir ki, bu maddələr əhval-ruhiyyəni yaxşılaşdıra bilər. Bundan əlavə, digər yağlı balıq növləri də rifaha müsbət təsir göstərən amin turşularını ehtiva edir.

Meyvələr stressi idarə etməyə və azaltmağa kömək edən böyük bir lif mənbəyidir. Lif bağırsaqda faydalı bakteriyaların böyüməsini dəstəkləyən mühüm amildir. Portağal C vitamini ilə zəngin olduğu üçün stress səviyyəsini azaltmağa kömək edən meyvələrdir. Bir portağalda 70 milliqrama qədər C vitamini var və orqanizmin gündəlik ehtiyaclarının çoxunu ödəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2832
avatar

Arzu Qurbanlı

Oxşar yazılar