Bu qidalar payızda immuniteti gücləndirir
25 avqust 2023 09:09 (UTC +04:00)

Bu qidalar payızda immuniteti gücləndirir

Dietoloq Elena Solomatina payızda immuniteti gücləndirən qidaları açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, payızda konservləşdirilmiş qidaların köməyi ilə immunitetinizi gücləndirə bilərsiniz.

Onun sözlərinə görə, pomidor, qaragilə, moruq kimi qidaları konservləşdirilmiş formada saxlamaq daha məsləhətlidir:

“Pomidorun tərkibindəki beta-karotin və likopenin aktivliyi istilik müalicəsi zamanı artır. İmmunitet sistemini gücləndirmək üçün qida rasionunuza tədricən balqabaq və ya brokolidən hazırlanan tərəvəz şorbaları əlavə etmək məsləhətdir. Həmçinin qaynadılmış yaxud bişmiş formada daha çox ət eləcə də yağlı balıq yeməyi tövsiyə olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Arzu Qurbanlı

Oxşar yazılar