Bu peyvəndin koronavirusa qarşı effektli olduğu  TƏSDİQLƏNDİ
10 iyul 2021 15:57 (UTC +04:00)

Bu peyvəndin koronavirusa qarşı effektli olduğu TƏSDİQLƏNDİ

Amerikalı alimlər, koronavirus infeksiyasından qorunmaq üçün hazırlanmış qeyri-adi bir vasitənin effektivliyini sübut ediblər.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu COVID-19 əleyhinə sprey peyvəndidir.

Preparatı Ayova və Corciya universitetləri əməkdaşları eksperiment çərçivəsində heyvanlar üzərində sınaqdan keçiriblər. 

Yeni peyvəndin üstünlüyü

ABŞ mütəxəssisləri tərəfindən hazırlanan dərman, bir enjeksiyaya ehtiyac olmadığı üçün koronavirusa qarşı "ənənəvi" peyvəndlərdən fərqlənir.

"Peyvəndləmə" burun spreyi vasitəsi ilə bədənə lazımlı maddələrin ötürülməsi ilə həyata keçirilir.

Beləliklə, preparatın verilməsi prinsipi ilə yenilik burun tutulması əlamətlərini aradan qaldırmaq üçün nəzərdə tutulmuş sprey ilə müqayisə edilə bilər.

Yeni tapıntının "standart" koronavirus peyvəndləri ilə müqayisədə daha bir üstünlüyü isə yalnız bir prosedurun zəruriliyidir. İkinci dozaya ehtiyac qalmır.

Təcrübənin nəticələri

Sprey peyvəndinin təsiri insan orqanizmində mövcud olan və SARS-CoV-2 patogeninin "qoşulduğu" induksiya olunmuş ACE2 zülalı olan laboratoriya gəmiricilərində sınaqdan keçirilib.

Nəticədə, dərman effektivliyini göstərib: təcrübə heyvanları xəstəlik nəticəsində COVID-19-dan və ölümdən qorunma əldə edib.

Alimlərin fikrincə, sprey yuxarı tənəffüs yollarında yerləşən hüceyrələri “örtüb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3393
avatar

Oxşar yazılar