Evi ilə işi arasında 150 kilometr  məsafə var: Ulduz oyunçu hər gün işə helikopterlə  gedir
04 avqust 2026 14:29 (UTC +04:00)

Evi ilə işi arasında 150 kilometr məsafə var: Ulduz oyunçu hər gün işə helikopterlə gedir

0

“Filadelfiya”ya keçən Lebron Ceyms Nyu-Yorkda yeni ev alıb. İddialara görə, ulduz oyunçu hər gün evi ilə iş yeri arasındakı 150 kilometri helikopterlə qət edəcək.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, NBA əfsanəsi LeBron Ceyms “Los-Anceles Leykers” komandasından ayrılaraq “Filadelfiya”ya keçərək karyerasında yeni bir səhifə açıb.

Bu vacib müqavilənin ardından amerikalı ulduz basketbolçu Nyu-Yorkda möhtəşəm və dəbdəbəli bir ev alaraq diqqət çəkib.

Yalnız transferi ilə deyil, həm də şəxsi seçimləri ilə diqqət mərkəzində olan Ceymsin yeni evi ilə məşq mərkəzləri arasındakı təxminən 150 kilometrlik məsafəni hər gün helikopterlə qət edəcəyi bildirilir. Təcrübəli ulduzun sıx oyun və məşq cədvəli arasında yolda vaxt itirməmək üçün nəqliyyat vasitəsi kimi hava nəqliyyatından istifadə edərək pik formasını qorumağı hədəflədiyi vurğulanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar