Hollivudun sevilən aktrisalarından Zendaya son illərdə sağlam həyat tərzi sahəsində populyarlaşan buz vannası trendi ilə gündəmə gəlib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, aktrisa soyuq su terapiyasını heç vaxt sevmədiyini bildirib. Onun sözlərinə görə, uzun və isti duşlar daha rahatladıcı təsir göstərir. Zendaya gərgin keçən günlərdən sonra isti duşun altında dincəlməyə üstünlük verdiyini deyib.
“Soyuq suyu sevən biri deyiləm”, – deyən məşhur aktrisa isti duşun altında dəqiqələrlə dincəldiyini və bu müddətdə buzlu çay içdiyini bildirib.

