Gənclik salatı  - Dietoloq "gizli" resepti açıqladı
09 iyul 2026 13:05 (UTC +04:00)

Gənclik salatı - Dietoloq "gizli" resepti açıqladı

0

Sadə və əlçatan məhsullardan hazırlanan bu salat əsl vitamin mənbəyidir. Mütəxəssislərin sözlərinə görə, onun tərkibindəki faydalı maddələr orqanizmin qocalma prosesini ləngitməyə kömək edə bilər.

Lent.az bu resepti təqdim edir:

Zəncirotunun yarpaqları xüsusilə C, E, B2, B9, PP və K vitaminləri ilə zəngindir. Bu vitaminlər damarların sağlamlığını dəstəkləyir, iltihabın azalmasına kömək edir və ümumi sağlamlığa müsbət təsir göstərir. Buna görə də zəncirotu yarpaqlarını salatlara əlavə etmək tövsiyə olunur. Resepti dietoloq Oksana Skitalinskaya özünün "Instagram" səhifəsində paylaşıb.

Zəncirotulu salat necə hazırlanır?

Bu salatı hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Pomidor
Brokkoli
Şirin bibər
Mozzarella pendiri
Limon suyu
Zəncirotunun yarpaqları

Bütün ərzaqları yaxşıca yuyub doğrayın. Daha sonra üzərinə bitki yağı və bir qədər limon suyu əlavə edin. Salatı qarışdırdıqdan sonra süfrəyə verə bilərsiniz.

Salatın faydaları

Zəncirotu yarpaqları əlavə edilmiş salatın bir sıra sağlamlıq üstünlükləri var. Qaraciyər hüceyrələrinin bərpasına və fəaliyyətinin yaxşılaşmasına kömək edir. Güclü iltihabəleyhinə təsir göstərir. Ödün yaranmasını və xaric olmasını stimullaşdırır. Böyrəklərdə qan dövranını yaxşılaşdıraraq onların fəaliyyətini dəstəkləyir. Tərkibində olan inulin bağırsaq mikroflorasını qidalandıran təbii prebiyotik rolunu oynayır və bağırsaq sağlamlığını yaxşılaşdırır. Yüngül sakitləşdirici təsir göstərərək orqanizmin rahatlamasına kömək edir. Bu salat sağlam qidalanmağa üstünlük verən insanlar, həmçinin insulin müqaviməti, şəkərli diabet, xroniki ağciyər xəstəlikləri, köp və yuxu problemləri olan şəxslər üçün də faydalı hesab edilir.

Oksana Skitalinskaya bildirib:

"Bu faydalı bitkidən istifadə etmək fürsətini qaçırmayın. Brokkoli əlavə etdikdə zəncirotunun təsiri daha da güclənir və orqanizmin təbii detoksuna, həmçinin bəzi xərçəng növlərinin profilaktikasına dəstək verən güclü qida əldə edilir". Mütəxəssislərin fikrincə, zəncirotunu gündəlik qidalanmaya daxil etmək sağlamlığı qorumağın və həyat keyfiyyətini yüksəltməyin sadə yollarından biridir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar