“Dream Fest”  festivalına qanunsuz girən həbs olundu
04 avqust 2026 15:44 (UTC +04:00)

“Dream Fest” festivalına qanunsuz girən həbs olundu

1

“Dream Fest 2026” festivalına qanunsuz daxil olmaq istəyən həbs edilib.

Lent.az-ın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “See Breeze” istirahət mərkəzində baş verib.

20 yaşlı Murad Abdinov (şərti adla) həmin ərazidə keçirilən “Dream Fest” festivalı zamanı mühafizəçilərə məhəl qoymadan içəri daxil olub və onları təhqir edib. Bu əməlinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.

Murad Abdinov ifadəsində bildirib ki, festivalda iştirak etmək istəyib, lakin bileti olmayıb. Buna görə də, o, tədbir üçün nəzərdə tutulan hasarlanmış sahəni qanunsuz yolla aşaraq, içəri keçib. Daha sonra o, VIP və FAN zonaya daxil olub.

Lakin bu zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Murad 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Qeyd edək ki, "Dream Fest 2026" festivalı iyulun 23-26 tarixlərində baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 442

Oxşar yazılar