Məşhur futbolçu nişanlısı ilə doğulub böyüdüyü adada evlənməyi planlaşdırır.
Ötən il avqustun 11-də məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo doqquz illik görüşdən sonra sevgilisi, 32 yaşlı model Corcina Rodriqesə evlilik təklifi edib və ona ekspertlərin 5 milyon dollar dəyərində qiymətləndirdiyi nəhəng brilyant üzük hədiyyə edib.
![]()
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dəbdəbəli şənliyin 2026-cı il Dünya çempionatından dərhal sonra baş tutacağı barədə şayiələr doğru görünür. Cütlük futbolçunun doğma adası Madeyrada, 512 illik Funşal katedralında xristian ənənəsinə uyğun olaraq evlənəcəklər. Məkan bir səbəbdən seçilib: Kriştianonun doğulduğu şəhər xəstəxanasından cəmi 1,5 mil və uşaqlıqda oynadığı komandalardan biri olan “Nasional da Madeyra”nın məşq meydançasından üç mil məsafədədir.
![]()
"The Sun" qəzeti həmçinin toyun həftəsonuna, avqustun 8-nə planlaşdırıldığını və məclisin beşulduzlu "Savoy Palace" otelində keçirilməsinin planlaşdırıldığını bildirib. Mənbə bildirib ki, "oteldəki qonaqlara iki mərtəbənin, eləcə də bir neçə bar zonasının cümə və şənbə günləri bağlı olacağı bildirilib".
![]()
Xatırladaq ki, Ronaldo və Rodriqes 2016-cı ildə Madriddəki Gucci butikində tanış olublar. Rodriqes orada işləyib. Hazırda onlar birlikdə beş uşaq böyüdürlər. Rodriqes onlardan ikisinin - qızları Alana Martina və Bella Esmeraldanın bioloji anasıdır. İdmançının əkizləri Eva və Mateo surroqat ana vasitəsilə dünyaya gəlib, böyük oğlu 16 yaşlı Kristianonun anası isə məlum deyil.