Bu ölkədə 6 ayda 1100 həkim koronavirusdan ölüb
23 oktyabr 2021 00:22 (UTC +04:00)

Bu ölkədə 6 ayda 1100 həkim koronavirusdan ölüb

2021-ci ilin altı ayı ərzində Rusiyada 1100 tibb işçisi COVID-19-dan vəfat edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu haqda Dövlət Dumasının büdcə və vergi məsələləri üzrə komitəsinin sədri Andrey Makarob məlumat verib. 

Onun sözlərinə görə, 2020-ci ildə Rusiyada koronavirusdan ölən həkimlərin 485 nəfər olub.

Komitə sədrinin fikrincə, ölkədə COVID-19-dan ölənlərin sayının çox olması peyvəndləmə prosesinin ləng aparılması ilə bağlıdır. 
 

# 11658
avatar

Oxşar yazılar