Bu meyvə xərçəng riskinin  qarşısını alır
18 avqust 2023 18:47 (UTC +04:00)

Bu meyvə xərçəng riskinin qarşısını alır

Onkoloq Trista Best süd vəzi xərçənginin inkişaf riskini azaldan meyvəni açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, şaftalı süd vəzi xərçəngi riskini xeyli azaldır.

Onun sözlərinə görə, meyvələr qida rasionumuzun əsasını təşkil etməlidir:

“Meyvə vitamin və qiymətli iz elementləri mənbəyidir. Xüsusilə, şaftalı xərçəng hüceyrələrini "öldürən" birləşmələrlə zəngindir. Şaftalının tərkibində orqanizm üçün çoxlu qiymətli maddələr, antioksidant rolunu oynayan karotenoidlər və kofein turşusu var. Meyvə yemək xərçəngin inkişafına səbəb ola biləcək oksidləşdirici zərəri azaltmağa kömək edir. Yəni, bu birləşmələr xərçəng əleyhinə xüsusiyyətlərə malikdir və zədələnmiş hüceyrələrin inkişafına mane olur. Şaftalıdakı digər polifenollar iltihabı azaldır və bədəni sərbəst radikallardan qoruyur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3234
avatar

Arzu Qurbanlı

Oxşar yazılar