Bu içkilər  dərin yuxuya   getməyə kömək edir
25 sentyabr 2023 14:33 (UTC +04:00)

Bu içkilər dərin yuxuya getməyə kömək edir

0

Yuxunu daha güclü və sağlam edən içkilər açıqlanıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam və təbii içkilər yaxşı və daha dərin yuxuya kömək edir.

Çobanyastığı çayı

Çobanyastığı çayı ənənəvi olaraq yuxusuzluq üçün təbii vasitə kimi istifadə olunur, onun effektivliyi çoxsaylı tədqiqatlarla təsdiqlənir. Bundan əlavə, çobanyastığı çayı qan şəkərinə müsbət təsir edir və bədən hüceyrələrinin oksidləşdirici stressdən qorunmasını yaxşılaşdırır.

Süd

İlıq südün tərkibində serotonin və yuxunu tənzimləyən hormonlar olan melatonin istehsalını dəstəkləyən amin turşusu olan triptofan var.

Ballı içkilər

Bal ilə isti içkilər də yuxunu yaxşılaşdırmağa kömək edəcək. Balın tərkibindəki qlükoza triptofanın beyinə daha aktiv daxil olmasına və yuxuya kömək edir.

Kakao

Kakaonun tərkibində əzələləri rahatlamağa və yuxuya kömək edən maqnezium var. Bu içki narahatlığı azaldır və qan təzyiqini aşağı salır, həmçinin sirkadiyalı ritmləri bərpa edir. Bundan əlavə, kakaonun tərkibində bir çox faydalı maddələr var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3146

Oxşar yazılar