Alimlər qocalmanı sürətləndirən və ömrü qısaldan içkini açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, müntəzəm spirtli içki qəbulu orqanizmə böyük zərər verir.
Alkoqol toksik, psixoaktiv maddədir, asılılıq yarada və bir sıra ciddi xəstəliklərə səbəb ola bilər. Yeni araşdırma alkoqolun istənilən dozada orqanizmə zərər verdiyini müəyyən edib. İnsan nə qədər çox içirsə, nəticələri bir o qədər fəlakətli olur.
Nəticələr göstərir ki, ən azı 25 qram spirtli içki içən insanların alkoqolla əlaqəli xəstəliklərdən ölmək riski var. Tədqiqatçılar qadınların kişilərə nisbətən spirtli içkilərdən daha çox əziyyət çəkdiyini də müəyyən ediblər. Gündə 25 qram və ya daha çox spirtli içki qəbul edən tədqiqat iştirakçılarının ölüm riski eyni miqdarda içən kişilərə nisbətən daha yüksəkdir.