Həkimlər qəhvəni sağlam içki hesab etmir və onun istehlakını məhdudlaşdırmağı tövsiyə edirlər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Wageningham Universitetinin alimlərinin apardığı araşdırmalara görə, qəhvə içmək böyrəklərin vəziyyətinə müsbət təsir göstərir və onların sağlamlığına töhfə verir.
Gündə 4 fincan qəhvənin istehlakı böyrəklərin zədələnməsi riskini azaldır. Qəhvənin müsbət təsirlərinin ən çox şəkərli diabetli insanlarda özünü göstərdiyi də bildirilir. Nəzərə almaq lazımdır ki, böyrək funksiyası xəstənin dializ və ya transplantasiyaya ehtiyacı olan səviyyəyə çatana qədər xroniki böyrək xəstəliyi çox vaxt diaqnoz qoyulmur. Buna görə də böyrək xəstəliklərinin qarşısının alınması, o cümlədən mütəmadi olaraq həkim müayinəsindən keçmək və böyrəklərə zərər verməyən pəhrizə riayət etmək böyük əhəmiyyət kəsb edir.