Bu 3 məhsul saç tökülməsinə təsir edir
03 sentyabr 2023 18:40 (UTC +04:00)

Bu 3 məhsul saç tökülməsinə təsir edir

0

Mütəxəssislər saç tökülməsinə təsir edən üç məhsulu açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, gündəlik qidalanma saçın vəziyyətinə təsir göstərir. 

Şirniyyatların həddindən artıq istehlakı zamanı baş dərisindəki qan damarları zədələnir və bu saç tökülməsini artıra bilər. Şirniyyatlarda olan konservantlar, süni dadlandırıcılar və qida boyaları da saç köklərinə zərər verən sərbəst radikalların miqdarını artıra bilər.

Qırmızı ət və qızardılmış qidaların qəbulunu azaldın, çünki onlar testosteronu saç tökülməsi ilə əlaqəli bir maddəyə çevirə bilər. Qırmızı ət də ürək xəstəliyi riskini və xolesterol səviyyəsini artırır.

Qida rasionuna yumurta, qaraciyər və qızılbalıq kimi biotin və proteinlə zəngin qidaların daxil edilməsi tövsiyə olunur. Biotin və protein keratinin sintezini təşviq edir, saç və dırnaqları gücləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3402

Oxşar yazılar