Mütəxəssislər beyni stimullaşdıran ən yaxşı səhər yeməyini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlərin fikrincə, günün məhsuldar keçməsi üçün səhər yeməyinə düzgün başlamaq lazımdır.
Mütəxəssislər bunun beyni qida ilə təmin edəcəyini və qan şəkərinin səviyyəsini artıracağını bildirir. Maksimum performans üçün ən yaxşı səhər yeməyi protein, sağlam yağlar və lif ehtiva etməlidir. Günə tərəvəzli ənənəvi omletlə başlamaq daha məsləhətlidir.
Bundan əlavə, səhər yeməyində çia və kətan toxumu lif, omeqa-3 yağ turşuları, dəmir və kalsiumla zəngin qidalara üstünlük verilməlidir.