Beyinə faydalı olan 10 əsas qida
06 noyabr 2023 10:12 (UTC +04:00)

Beyinə faydalı olan 10 əsas qida

Maddələr mübadiləsi davamlı bioloji prosesdir. İstehsal edilən toksinlər bədəndən xaric edilir, qan damarlar vasitəsilə qida maddələrini daşıyır və beyin sahibinin aldığı bütün məlumatları emal edir.

Əlbəttə ki, beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edən müxtəlif növ qidalar var.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər beynə müsbət təsir edən 10 əsas qidanı açıqalyıb.

1. Yağlı balıq əti

Bu cür balıqların tərkibində çoxlu sayda vitamin və faydalı elementlər var. 

2. Giləmeyvə 

Giləmeyvə yaddaşı yaxşılaşdıran antioksidantlar ehtiva edir. 

3. Tam buğda unundan bişmiş çörək.

Tam buğda unundan bişmiş çörəyin tərkibində beyin mərkəzini enerji ilə təmin edən karbohidratlar var.

4. Kakao 

Kakaonun tərkibində qan dövranı sistemini yaxşılaşdıran təbii antioksidantlar var. 

5. Pomidor

Pomidorda optimal beyin funksiyasına kömək edən bir çox antioksidanlardan biri olan likopin var.

6. Brokoli

K vitamini ilə zəngindir. Tərkib salatlar və şorbalar üçün çox uyğundur.

7. Balqabaq toxumu

Onların tərkibində düşüncə prosesini optimallaşdıran kimyəvi element sink var. 

8. Adaçayı

Konsentrasiyanı artırmaq üçün əla bitkidir. 

9. Qoz

Zülallar, turşular və E vitamini ilə zəngin olduğu üçün beynin fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır.

10. Yumurta

Zülallar, yağlar və vitaminlərlə zəngindir. Yumurta qaynadılmış və qızardılmış şəkildə istehlak edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6897
avatar

Arzu Qurbanlı

Oxşar yazılar