Bel yırtığı daha çox kimlərdə yaranır? - CAVAB
20 sentyabr 2023 18:16 (UTC +04:00)

Bel yırtığı daha çox kimlərdə yaranır? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu bel yırtığı ilə bağlıdır.

Bel yırtığı fəqərələr arasındakı diskin çölə doğru yırtılmasıyla (sürüşməsiylə) ayağa doğru gedən sinirlərin sıxışmasına səbəb olan ağrılı vəziyyətin adıdır.

Maraqlıdır, görəsən, bel yırtığına daha çox kimlərdə rast gəlinir?

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, bel yırtığı əsasən 35-50 yaşlarında və çox kilolu-uzun boylularda daha çox rast gəlinir.

Adətən ağır yük daşımaq, həddindən artıq kilolu olmaq, davamlı oturaraq masa arxasında işləmək bel yırtığının yaranmasına səbəb olur. Diaqnoz ilkin olaraq şikayətlərə əsasən qoyulur. Diaqnozu təsdiqləmək üçün KT və MRT müayinə üsulları tətbiq olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26016
avatar

Arzu Qurbanlı

Oxşar yazılar