Axşam idmanı artıq çəkili insanlar üçün çox faydalıdır
17 aprel 2024 05:21 (UTC +04:00)

Axşam idmanı artıq çəkili insanlar üçün çox faydalıdır

Axşam idmanı artıq çəkili insanlar üçün çox faydalıdır.

Lent.az xəbər verir ki, bu barədə Avstraliyada aparılan araşdırmanın nəticəsində bildirilib.

Məlum olub ki, kilolu insanlar üçün ən faydalı idman vaxtı məhz axşam saatlarıdır. Sidney Universitetinin Charles Perkins Mərkəzinin alimləri tərəfindən aparılan tədqiqatda 40 yaşdan yuxarı və kilolu 29 min 836 insanın sağlamlıq məlumatları təxminən 8 il izlənilib. Bu müddət ərzində iştirakçılar arasında 1425 ölüm, 3980 ürək-damar xəstəliyi və 2162 mikrodamar disfunksiyası halı qeydə alınıb.

Tədqiqatçılar 2995 nəfərinə diabet diaqnozu qoyulmuş təxminən 30 min insanı geyilə bilən cihazdan əldə etdikləri məlumatlara əsasən səhər, günorta və axşam orta və ya güclü idman edənlər kimi təsnifatlaşdırıblar. Onlar müəyyənləşdiriblər ki, axşam saat 18:00-dan gecə yarısı arasında fiziki fəaliyyətlər vaxtından əvvəl ürək-damar xəstəliklərindən insanları qoruyur.

Araşdırmanın müəllifi Dr.Metyu Əhmədi bildirib ki, izlədikləri fiziki fəaliyyət növləri arasında ayrı-seçkilik edilməyib. O, araşdırmanın axşam idmanının diabetə qarşı ən qoruyucu məşq olduğunu vurğulayıb.

Araşdırmanın məqaləsi “Diabetes Care” jurnalında dərc olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2784
avatar

Oxşar yazılar