Arıqlamaq üçün səhər bu meyvəni yeyin
24 avqust 2023 09:09 (UTC +04:00)

Arıqlamaq üçün səhər bu meyvəni yeyin

Dietoloq Trista Best arıqlamaq istəyənlər üçün ən yaxşı meyvəni açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, çiyələyin qida dəyəri və doyurucu keyfiyyəti var.

Onun sözlərinə görə, çiyələyin əsasən səhər yeməyində istehlak edilməsi çox vacibdir:

“Bu, yalnız dadlı deyil, həm də aşağı kalorili və yüksək liflidir. Çiyələk lifi arıqlamaqda çox mühüm rol oynayır. Həzmə kömək edir, toxluğu artırır, səhər iştahını və həddindən artıq yemək ehtimalını azaldır. Çiyələk həmçinin ümumi sağlamlığa eləcə də metabolik dəstəyə töhfə verən vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Müxtəlif antioksidantlar xəstəliklərdən qoruyur və arıqlamağa kömək edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4683
avatar

Arzu Qurbanlı

Oxşar yazılar