Arıqlamağa  kömək edən   ən yaxşı içkilər
20 sentyabr 2023 17:32 (UTC +04:00)

Arıqlamağa kömək edən ən yaxşı içkilər

Dietoloqlar arıqlamaq üçün ən yaxşı içkiləri açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, nanə, çobanyastığı kimi bitki çayları kofein və kalorisiz olduğundan bədənin asanlııqla arıqlamasına kömək edir. 

Su da ümumi rifah və arıqlamaq üçün ən yaxşı seçimdir. Kifayət qədər su içmək arıqlamaq üçün son dərəcə vacib bir vərdişdir. Gündə kifayət qədər su içsəniz, yağ yandırmanız da sürətlənəcək. Su toxluğa kömək edərək arıqlamağı dəstəkləyir. Aclıq və susuzluq hisslərini qarışdırmaq son dərəcə asandır, çünki beynin aclıq və susuzluq siqnallarının yerləşdiyi sahə eynidir. 

Araşdırmalar göstərir ki, kifayət qədər su istehlakı piylənmə ilə əlaqələndirilir. Bu, su istehlakının çəki idarəçiliyində əhəmiyyətli rol oynadığını sübut edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3087
avatar

Arzu Qurbanlı

Oxşar yazılar