Aprel ayında  bu qidaları   yeyin
03 aprel 2024 16:34 (UTC +04:00)

Aprel ayında bu qidaları yeyin

Aprel ayında orqanizmin sağlam qalması üçün qida rasionuna ən sağlam məhsullar əlavə edilməlidir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər həmin qidaları açıqlayıblar.

Turp

Turp yeməyi daha dadlı, təzə edəcək. Turp normal həyatı təmin etmək üçün lazım olan minerallar, pəhriz lifi və vitaminləri ehtiva edir.

Sarımsaq

Sarımsaq unikal bir bitkidir. Sarımsağın maraqlı dad keyfiyyətləri, zəngin tərkibi və orqanizmə əla təsiri var.

Kələm

Arıqlamaq və bütün bədəni gücləndirmək üçün əla məhsuldur.

Yaşıl soğan

Yaşıl soğan orqanizmin normal fəaliyyətini təmin etmək üçün lazım olan hər şeyi ehtiva edir.

# 1998
avatar

Arzu Qurbanlı

Oxşar yazılar