Kriştiano Ronaldo böyüyən uşaqları və anasını  göstərdi
08 may 2024 19:47 (UTC +04:00)

Kriştiano Ronaldo böyüyən uşaqları və anasını göstərdi

39 yaşlı portuqaliyalı futbolçu Kriştiano Ronaldo çoxuşaqlı atadır və övladlarının və sevgilisi Corcina Rodriqesin çəkildiyi fotolarını sevinclə pərəstişkarları ilə bölüşür. İdmançı bu yaxınlarda anasının da yer aldığı yeni ailə fotolarını dərc edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ilk fotoda Kriştiano Ronaldo dəniz fonunda beş uşaq və sevgilisinin əhatəsində dayanıb. Bütün ailə idman geyimində pozalar verir. Şəkildə oğul Kriştiano, Eva, Mateo, Bella Esmeralda və Alana Martina görünür.

Son iki övladı isə futbolçunun 2016-cı ildən münasibətdə olduğunu nişanlısı Corcina Rodriguez dünyaya gətirib. Qalan uşaqlar surroqat ananın köməyi ilə dünyaya gəlib, lakin məşhur futbolçunun ilk övladının kim olduğu məlum deyil.

İkinci fotoda portuqaliyalı idmançı anası Maria Doloneş dos Kantuş Aveyro ilə yeniyetmə kimi pozalar verir, üçüncü fotoda isə onu qucaqlayaraq dayanıb, ancaq böyüklər kimi.

Kriştiano Ronaldo bayram şərəfinə ailə fotolarını yayımlayıb. O, anasını və sevgilisini Analar günü münasibətilə təbrik edib.

# 6000
avatar

Oxşar yazılar