Müğənni, Nigar Camal ilə birlikdə Avroviziya Mahnı Müsabiqəsinin 2011-ci ildə qalibi Eldar Qasımov “İnstagram” da biabr olub.
Lent.az xəbər verir ki, Avroviziya müsabiqəsinin 1-ci yarımfinalının nəticələri açıqlandıqdan sonra sosial şəbəkədə tənqid olunan Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımov olub. İnsanların əksəriyyəti beynəlxalq yarışdakı uğursuzluğun səbəbini Eldarda görüblər. O, “Instagram”dakı paylaşımı ilə bütün diqqətləri üstünə çəkib. İnsanlar Eldarın istefa verməsini istəyiblər.
İfaçıya təcrübəsiz ifaçıları ora niyə yollamısan?", "Eldar, nümayəndə heyətindən getməyin vaxtıdır. 2 ildir finala çıxa bilmirik", "Avroviziya" sənlik deyil, əl çək", "Eldar, biabırçılıqdır, istefa ver" kimi şərhlər yazılıb.
Qeyd edək ki, "Avroviziya" təmsilçilərimiz İlkin Dövlətov və Fahree finala vəsiqə qazana bilməyiblər.