Ölkə ərazisində yağıntılı hava nə zaman kəsəcək? - AÇIQLAMA
08 may 2024 14:51 (UTC +04:00)

Ölkə ərazisində yağıntılı hava nə zaman kəsəcək? - AÇIQLAMA

"Bir neçə gündür ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasından mayın 8-i günün ikinci yarısından yağışın tədricən kəsiləcəyi ehtimal edilir".

Bu sözləri Lent.az-ın "Yağışlı havanın nə zaman bitəcək?" sualına cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

Onun sözlərinə görə, mayın 9-u və 10-u gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir:

"Mülayim cənub-qərb küləyi əsəcək. 9-u və 10-da havanın maksimal temperaturu 18-23 dərəcə isti olacaq. Bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u gündüz saatlarından yağıntının tədricən kəsiləcəyi proqnozlaşdırılır. 10-da əsasən gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağıntılı olacağı ehtimalı var. Havanın maksimal temperaturu aran rayonlarında 20-25, dağlıq ərazilərdə 7-12 dərəcə isti olacaq". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9489
avatar

Fidan İlqar

Oxşar yazılar