Yuxuda gəlinlik görmək  nə deməkdir?-Yeni başlanğıclar və gözləntilər
08 may 2024 18:20 (UTC +04:00)

Yuxuda gəlinlik görmək nə deməkdir?-Yeni başlanğıclar və gözləntilər

Yuxu  beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Bir çoxları iddia edir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. Amma təbii ki, bununla bağlı dəqiq söz demək çətindir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də gəlinlikdir. Bəs, yuxuda gəlinlik görmək hansı mənaya gəlir?

Lent.az yuxuda gəlinliyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Gəlinlik ən çox görülən yuxulardan biridir. Yuxuda gəlin paltarı görmək; yaxın bir zamanda xoşbəxt bir yuva qurmağa işarədir. Yuxuda görülən gəlin paltarı təmiz isə xoşbəxt dinc bir evlilik edəcəyinizə, pis və ya çirkli isə mənfi və yolunda getməyəcək olan bir yuva qurulacağına işarə edər. Yuxuda gəlinlik görmək, həyat şərtlərinizdə gözlədiyiniz şad xəbəri tezliklə alacağınıza işarədir.

Yuxuda gəlinlik geyinmək nədir?

Yuxuda gəlinlik geyinmək, tezliklə həyatınıza şan şöhrətin   və yeni gözəlliklərin girəcəyinə işarədir. Yuxu görənlər yuxudan oyanıb xoş xəbərlə qarşılaşdıqda bu hadisənin nə qədər mənalı olduğunu görəcəklər. Yuxuda gəlinlik geyinmək xoşbəxt evliliyə və  ailəyə işarə edir. Yuxuda gəlinlik geyinmək həmişə müsbət bir ehtimal kimi qəbul edilməməlidir. Evli qadının yuxusunda gəlinlik geyindiyini görməsi yaxşı əlamət deyil. Bu cür yuxunun xəyalpərəstlərin şəxsiyyətlərinə uyğun olmayan davranışlar göstərəcəklərinə işarə etdiyi şərh edilir.

Yuxuda ağ gəlinlik görmək nədir?

Yuxuda ağ gəlinlik görmək insanın vəziyyətinə görə dəyişir. Yuxunu görən subay qızdırsa, bu, xoşbəxt evliliyə işarədi. Xoşbəxt bir evliliyə sahib olmaqla həyatını xəyallarındakı kimi xoşbəxt və gözəl yaşayacağı deməkdir. Təmiz və saf gəlinlik görən gənc qızın  xoşbəxtliyi ən gözəl şəkildə yaşayacağına inanılır.
Evli qadın yuxuda ağ gəlinlik görsə, bu, tezliklə hamiləlik xəbəri alacağına işarədir. Yuxusunda ağ gəlinlik görən şəxs hamilədirsə, qız övladı olacağına işarə edir.

Yuxuda evli adamın gəlinlik geyinməsi nə anlama gəlir?

Evli bir insan yuxuda gəlinlik geyinirsə, bu, xoşbəxtliyin sonsuza qədər davam edəcəyinə və tezliklə həyatınıza yeniliklərin girəcəyinə işarə edir. Tezliklə çətin vəziyyətlərdən qurtulacağınıza işarədir. Evli adamın yuxuda gəlinlik geyinməsi qız övaladının  olacağın işarə edir. Yuxuda evli adamın gəlinlik geyindiyini görməsi yaxın gələcəkdə xoş xasiyyətli insanlarla dostluq quracağına dəlalət edir.

Yuxuda özünüzü gəlinlikdə görmək nədir?

Yuxuda özünüzü gəlinlikdə görmək sağlamlığınızla bağlı bəzi problemlər yaşayacağınızı bildirir. Yuxusunda özünü gəlinlikdə görən yetkin insanın sağalmaz xəstəlikdən əziyyət çəkəcəyinə işarə edir. Yaşlı insanın özünü gəlinlikdə görməsi ölümün yaxınlaşdığına işarədir. Dul qadınların yuxuda özlərini gəlinlikdə görmələri, tezliklə evlilik xəbəri alacaqlarına işarə edir.

Yuxuda dostunu gəlinlikdə görmək nədir?

Yuxuda dostunuzu gəlinlikdə görmək, ən çox sevdiyiniz insandan gözəl xəbəri alacağınıza işarədir. Yuxuda dostunuzu gəlinlikdə görmək, sevdiyiniz insandan evlilik təklifi alacağınıza işarədir. Dostunuzu gəlinlikdə gəzdiyini görmək, tezliklə şad xəbərlər alacağınıza işarədir.

Yuxuda qırmızı gəlinlik görmək nədir?

Yuxuda qırmızı gəlinlik görmək, gözəl evlilik təklifinin gələcəyinə işarə edir. Evli cütlüklərdə yuxuda qırmızı gəlinlik görmək adətən dava zamanı neytral qalmalı olduğuna işarə edir.

Yuxuda gəlinlik paltarının cırıldığını görmək nədir?

Yuxuda gəlinlik paltarınızın cırıldığını görmək, işlərin yaxşı getməməsinə işarədir. Yuxuda cırıq gəlinlik görən əgər iş adamıdırsa işlərində çətinliklərlə qarşılaşacaq. Əgər gənc qız yuxusunda gəlinlik paltarının cırıldığını görsə bu  gözləntilərininin bəzilərinin müsbət, bəzilərinin isə mənfi gerçəkləşəcəyinə işarə edir.

Yuxuda qara gəlinlik görmək nədir?

Yuxuda qara gəlinlik görmək bədbəxtliyə işarədir. Subay qızın yuxusunda qara gəlinlik geyinməsi evlilik mərhələsində problemlərin olacağına işarə edir.

Yuxuda ölmüş birini gəlinlikdə görmək nədir?

Yuxuda  ölən birini gəlinlikdə görmək, axirətdə onu hüzurun gözlədiyinə işarədir. Yuxusunda gəlinlikdə ona tərəf gələn ölü birini görən şəxsin cənnətə gedəcəyindən xəbər verir.

Yuxuda kişinin gəlinlik geyinməsi nədir?

Kişinin yuxuda gəlinlik geyinməsi, gözləntilərindən yaxşı bir nəticə almayacağına işarə edir. Yuxusunda gəlinlik geyindiyini görən kişi iş həyatında uğursuzluqlarla qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 69297
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar

Yuxuda süpürgə görmək  nə deməkdir? - Nələrə diqqət etməlisiniz?

Yuxuda süpürgə görmək nə deməkdir? - Nələrə diqqət etməlisiniz?

14 dekabr 2024 , 14:47
Yuxuda qarabasma  nə deməkdir?

Yuxuda qarabasma nə deməkdir?

13 dekabr 2024 , 11:06
Yuxuda "yolka" ağacı  görmək nə deməkdir?

Yuxuda "yolka" ağacı görmək nə deməkdir?

12 dekabr 2024 , 09:54
Yuxuda itin hücum  etməsi nə deməkdir?

Yuxuda itin hücum etməsi nə deməkdir?

11 dekabr 2024 , 09:48
Yuxuda televizor görmək  nə deməkdir?

Yuxuda televizor görmək nə deməkdir?

10 dekabr 2024 , 09:48
Yuxuda universitetə qəbul olmaq  nə deməkdir?

Yuxuda universitetə qəbul olmaq nə deməkdir?

9 dekabr 2024 , 10:27
Yuxuda Qurani-Kərim görmək  nə deməkdir?

Yuxuda Qurani-Kərim görmək nə deməkdir?

6 dekabr 2024 , 09:48
Yuxuda alma görmək  nə deməkdir?

Yuxuda alma görmək nə deməkdir?

4 dekabr 2024 , 14:34