Lənkəranda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Liman şəhəri ərazisində yerləşən evlərdən birindən 8000 ABŞ dolları və 930.000 rus rublunun (təxminən 17 min 300 manat) oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə və Rövşən Nuruşov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.
Araşdırmalar davam etdirilir.