Büdcədən 84 milyon oğurlayan  keçmiş deputata AĞIR CƏZA
08 may 2024 13:12 (UTC +04:00)

Büdcədən 84 milyon oğurlayan keçmiş deputata AĞIR CƏZA

Rusiyanın Stavropol vilayətində məhkəmə büdcədən 84 milyon rubl (təxminən 1 milyon 562 min manat) oğurlayan keçmiş deputata hökm çıxarıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin 2018-ci ildə saxta sənədlər əsasında modul tipli süd emalı zavodunun alınması üçün 49,8 milyon rubl (təxminən 926 min manat) məbləğində qrant aldığını müəyyən edib.

Bundan başqa, o, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayına kimi nəzarət edilən hüquqi şəxslər adından rayon Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinə pendir istehsalı, o cümlədən kənd təsərrüfatı və süd məhsullarının emalı üçün avadanlıqların alınması barədə yalan məlumatlar təqdim edib. Buna görə o, 34,3 milyon rubldan çox (təxminən 638 min manat) subsidiya alıb. Eks-deputat pulu öz ehtiyaclarına istifadə edib.

Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq təqsirləndirilən şəxsi 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3405
avatar

Oxşar yazılar