Didye Droqba “Qalatasaray”a  qayıdır?
08 may 2024 12:39 (UTC +04:00)

Didye Droqba “Qalatasaray”a qayıdır?

Süheyl Batumun mayın 25-də “Qalatasaray”da keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə idman direktoru vəzifəsinə Didye Droqbanı təyin edəcəyi bildirilib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mayın 25-də “Qalatasaray” klubunda keçiriləcək seçkidə Süheyl Batum qalib gəlsə onun komandasında təmsil olunacaq keçmiş prezident Ünal Aysal Didye Droqba ilə görüşüb.

Aysal Fil Dişi Sahilindən olan keçmiş futbolçu ilə görüşdükdən sonra razılaşma əldə edildiyi də bildirilir.

Süheyl Batum seçkidə qalib gəlsə, “Qalatasaray”ın idman direktoru Didye Droqba olacaq.

1978-ci il martın 11-də Abicanda doğulan Didye Yves Drogba Tebili Fil Dişi Sahili millisinin keçmiş futbolçusudur. O, 2012-2013 və 2013-2014 mövsümlərində Super Liqa komandalarından olan "Qalatasaray"da çıxış edib. “Levallua” komandasında futbola başlayan Droqba 1998-ci ildə “Le Mans” komandasında peşəkar oyunçu olub.

2003-cü ildə “Qenqam”a keçən Droqba 45 oyunda 20 qol vurub və 2003-cü ildə göstərdiyi performansa görə “Marsel” komandasına transfer olub. Burada bir mövsüm keçirən Didye Droqba karyerasında ilk dəfə UEFA Çempionlar Liqasında iştirak edib və bu liqada ilk qolunu “Real”a vurub.

Liqada 35 oyunda 19 qol vuran Droqba 2004-cü ildə Roman Abramoviçin aldığı "Çelsi"yə transfer olunub. "Çelsi"də 8 mövsüm keçirən Didye Droqba bu komandada 226 liqa oyununa çıxıb və 100 qola imza atıb.

“Çelsi”də oynadığı müddətdə London klubu tarixinin 4-cü qolçusu olmağı bacaran Droqba 3 dəfə Premyer Liqa, 4 dəfə İngiltərə Kuboku, 2 dəfə Liqa Kuboku, 2 dəfə İcma Kuboku və bir dəfə Çempionlar Liqası kubokunu qazanmağı bacarıb.

2012-ci ildə "Şanxay Qrenlandiya"ya keçən Fil Dişi əsilli futbolçu yarım mövsüm komandada qalıb və 11 oyunda 8 qol vurub. Bundan əlavə, Droqba 2013-cü ildə Kriştiano Ronaldo, İniyesta, Devid Bekhem, Lionel Messi kimi məşhur futbolçuları geridə qoyaraq “Qızıl ayaq” mükafatını qazanıb.

O, hazırda MLS-in aşağı liqası olan “United Soccer League”də mübarizə aparan Amerika komandası “Phoenix Rising FC”yə transfer edilib və eyni zamanda komandanın ortağı olub. O, həm futbolçu, həm də komanda sahibi olan ilk şəxs kimi tarixə düşüb. 2018-ci ildə Droqba 40 yaşında peşəkar futboldan ayrılıb. Daha sonra dekabrın 11-də Sülh və İdman beynəlxalq təşkilatının vitse-prezidenti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3984

Oxşar yazılar

Bakıda “Qalatasaray”ın çempionluq COŞQUSU  - VİDEO

Bakıda “Qalatasaray”ın çempionluq COŞQUSU - VİDEO

18 may 2025 , 23:08
Super Liqa: “Qalatasaray” çempion oldu

Super Liqa: “Qalatasaray” çempion oldu

18 may 2025 , 22:05
İlham Əliyevin nəvəsi  kunq-fu üzrə dünya çempionu oldu

İlham Əliyevin nəvəsi kunq-fu üzrə dünya çempionu oldu

18 may 2025 , 16:27
Mbappenin sevimli yeməyi:  milyonçu futbolçu nəyə müqavimət göstərə bilməz

Mbappenin sevimli yeməyi: milyonçu futbolçu nəyə müqavimət göstərə bilməz

18 may 2025 , 14:36
Dünyanın  ən gözəl hokkeyçisi   elə  FOTOLAR   paylaşdı ki...

Dünyanın ən gözəl hokkeyçisi elə FOTOLAR paylaşdı ki...

18 may 2025 , 12:31
Prezidentin nəvəsi FİNALDA

Prezidentin nəvəsi FİNALDA

17 may 2025 , 20:50
Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

17 may 2025 , 19:43
Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36