Alkoqolizmin qarşısını alan peyvənd tapıldı
23 avqust 2023 13:54 (UTC +04:00)

Alkoqolizmin qarşısını alan peyvənd tapıldı

ABŞ-da alkoqolizmi müalicə etmək üsulu tapılıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ alimləri alkoqolizmə qarşı peyvənd yaradıblar. Ohayo Dövlət Universitetinin Tibb Mərkəzi və Wexner Tibb Məktəbinin əməkdaşlarının fikrincə, belə bir peyvənd alkoqol asılılığı ilə mübarizədə mühüm rol oynayacaq.

Alkoqolizmdən əziyyət çəkən insanların orqanizmində sevinc hormonu olan dopaminin ciddi çatışmazlığı olur. Bu çatışmazlığı kompensasiya etmək üçün içən şəxs spirtli içkinin dozasını daim artırmağa məcbur olur. Meymunlar üzərində aparılan araşdırma göstərib ki, onların orqanizminə bir dəfə gen dərmanı yeridilməsi beyində dopamin səviyyəsinin uzun müddət bərpa olunmasına gətirib çıxarıb.

Alimlər düşünürlər ki, bədəndə sevinc hormonunun səviyyəsinin bərpası spirt istehlakını azaltmalı və daha sonra alkoqol qəbulunun bərpasının qarşısını almalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473
avatar

Arzu Qurbanlı

Oxşar yazılar