Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu alkoqolla bağlıdır.
Maraqlıdır, görəsən, alkoqol narkotik vasitə hesab olunurmu?
Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova bildirir ki, alkoqolun insan orqanizmində geri dönməz nəticələrə səbəb olan narkotik maddə olduğu elmi cəhətdən sübut edilib:
"Birləşmiş Millətlər Təşkilatı (BMT) 21 fevral 1971-ci ildə alkoqolu Konvensiyanın psixotrop maddələri siyahısından çıxartdı. Beləliklə, alkoqolun istifadəsi leqallaşıb və həmin tarixdən artıq narkotik maddə adlandırılmır".