Alimlər Alzheimerin çarəsini   TAPDILAR
07 oktyabr 2025 15:59 (UTC +04:00)

Alimlər Alzheimerin çarəsini TAPDILAR

0

Kataloniya Bioinjineriya İnstitutu və Qərbi Çin Universitetinin tədqiqatçıları siçanlarda Alzheimer xəstəliyini geri çevirməyə imkan verən yeni texnologiya təqdim ediblər.

Lent.az xəbər verir ki, araşdırmanın nəticəsi “Signal Transduction and Targeted Therapy” (STTT) jurnalında dərc olunub. Araşdırmada təsvir edilən nanozərrəciklər ənənəvi dərmanlardan fərqli olaraq müstəqil müalicə vasitəsi kimi fəaliyyət göstərir, beyin damarlarının işini və qan-beyin baryerini bərpa edir.

Alimlər müəyyən ediblər ki, damar sisteminin zədələnməsi və beyində toksik zülallardan (məsələn, amiloid-β) təmizlənmənin pozulması demensiyanın inkişafında əsas rol oynayır. Nanozərrəciklərin üç inyeksiyasından sonra siçanların beynindəki amiloid səviyyəsi cəmi bir saat ərzində 50–60 faiz azalıb, bir neçə ay sonra isə heyvanlar tam olaraq idrak funksiyalarını bərpa ediblər.

Tədqiqat müəllifləri qeyd edirlər ki, bu effekt beyin damarlarının normal fəaliyyətinin bərpası ilə bağlıdır. Bu, neyrodegenerativ xəstəliklərin müalicəsində yeni yanaşma yaradır. Burada əsas məqsəd neyronlara birbaşa təsir göstərmək deyil, damar sağlamlığını və beynin təbii təmizlənmə mexanizmlərini bərpa etməkdir.

Bundan əlavə, alimlər sentyabr ayında müəyyən ediblər ki, omega-3 və omega-6 yağ turşularının balanslı nisbəti ürəyi, eləcə də beyni qorumağa, həmçinin Alzheimerdən tutmuş xərçəngə qədər bir çox yaşla bağlı xəstəliklərin riskini azaltmağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar