20 dəqiqəyə  depressiyadan   necə qurtulmaq olar?
20 sentyabr 2023 12:23 (UTC +04:00)

20 dəqiqəyə depressiyadan necə qurtulmaq olar?

0

Alimlər 20 dəqiqədə depressiyadan qurtulmağın yeni üsulu kəşf ediblər.

Lent.az-ın xarici mətbuata istinadən xəbər verir ki, həkimlər bu üsulun hər  gün istifadəsini tövsiyə edirlər.

Bu üsul xüsusilə yaşlı insanlar arasında depressiya riskini əhəmiyyətli dərəcədə azalda bilər. Gündə cəmi 20 dəqiqəlik sürətli gəzinti depressiya əlamətlərinin və klinik depressiyanın inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Alimlər qeyd ediblər ki, fiziki aktivliyin cüzi artımı belə psixi sağlamlığa müsbət təsir göstərə bilər. Həftədə beş gün müntəzəm, orta intensivlikdə fiziki fəaliyyət yetkinlərdə depressiya riskini azalda bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3757

Oxşar yazılar